Erməni polkovnik və 5 hərbçi saxlandı

02 İyul, 2018 20:06 | Siyasət | Baxış sayı: 254

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri külli miqdarda mənimsəmə faktında şübhəli bilinir.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. 

Şübhəli polkovnik öz hərbi hissəsindəki mayorla razılığa gələrək cari ilin yanvar - iyun ayları ərzində planda nəzərdə tutulandan daha az hərbi texnikadan istifadə edilməsinə tapşırıq verib. Beləliklə də, qənaət edilən 24 ton dizel yanacağını satan polkovnik dövlətə 8 milyon 856 min dram (18 min 450 dollar) ziyan vurub. 

Nəticədə mayor, polkovnik və dörd nəfər saxlanılıb.