Ərdoğanın and içəcəyi vaxt bilindi

02 İyul, 2018 11:16 | Siyasət | Baxış sayı: 56
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Bu Bakı səfərindən bir gün qabaq olacaq

Yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan iyulun 9-da and içəcək. Bu barədə hakim partiyanın nümayəndəsi Mustafa Elitaş məlumat verib. 

Onun sözlərinə görə, millətvəkillərinin andiçməsi isə bir gün öncə - 8 iyulda olacaq. 

Xatırladaq ki, Türkiyədə seçki iyunun 24-də keçiriləib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, türk lider bu dəfə də öz ənənəsini pozmayacaq və ilk xarici səfərini Azərbaycana edəcək. 

Türkiyə prezidentinin Brüsseldə keçiriləcək NATO sammitindən əvvəl Şimali Kiprə səfər edəcəyi planlaşdırılır. Sammit iyunun 11-12-də olacaq. 

R.T.Ərdoğan "seçkidən sonra ilk xarici səfərimi Azərbaycana edəcək" deyərək söz vermişdi. Onun Brüssel səfərindən öncə Kiprə, oradan isə bakıya gələcəyi gözlənilir.