Putin Trampla görüşə bilər

02 İyun, 2018 11:20 | Siyasət | Baxış sayı: 22
Donald Tramp və Vladimir Putin
Donald Tramp və Vladimir Putin

Liderlərin görüşü ilə bağlı danışıq aparılır

Ağ ev Rusiya və ABŞ prezidentləri Donald Trampla Vladimir Putinin mümkün görüşünün təşkili ilə bağlı danışıqlar aparır. Bu barədə "Wall Street Journal" qəzeti yazıb. 

Adının açıqlanmadığı rəsmiyə istinadən yayılan məlumatda qeyd edilir ki, Amerikanın Moskvadakı səfiri Con Hantsman hazırda ABŞ-dadır. O görüşün təşkilinə hazırlıq məqsədi ilə ölkəsinə çağırılıb. Hələlik görüşün yeri və zamanı bəlli deyil. Danışıqlar ilkin mərhələdədir. 

Görüşün təşkili ilə bağlı layihənin bir neçə aydır davam etdiyi qeyd edilir.

Xatırladaq ki, bir müddət öncə Rusiya liderinin köməkçisi Yuri Uşakov noyabrda keçirilməsi planlaşdırılan böyük yeddiliyin sammitində  liderlərin görüşünün ehtimal edilib-edilmədiyi barədə sualı cavablandırmışdı. O, hələlik bunun üzərində iş getmədiyini deyib.