Pakistandan ABŞ-a sərt mesaj

02 İyun, 2018 12:40 | Siyasət | Baxış sayı: 327
Pakistan ordusu
Pakistan ordusu

"Bütün seçimlər masadadır"

Pakistandan Amerikaya sərt mesaj. Pakistan xarici işlər və müdafiə naziri Hurram Dastagir Xan ABŞ ilə ölkəsi arasında yaranmış gərginliyə münasibət bildirib. Nazir ölkəsinin terrorizmi maliyyələşdirən ölkələr sırasında boz kateqoriyada yer almalarına sərt reaksiya verib. 

İstiPress-in məlumatına görə, nazir iki dövlət arasındakı gərginliyə baxmayaraq Pakistanın əlaqə xətlərini açıq saxladığını deyib. 

Xan bunun bir addım sonrasının "qara siyahı" olduğunu və bu vəziyyətin Pakistanın iqtisadiyytına ziyan vurduğunu bildirib. Onun sözlərinə görə, ölkəsi 17 ildir ki, terrorla mübarizə üçün ABŞ-dan maliyyə dəstəyi alır. Ölkə iqtisadiyyatına yardım edən bu vəsait də yeni ildən alınmayıb. 

ABŞ-ın bu addımına qarşı hansı tədbir görəcəkləri barədə sualına belə cavab verib: "Gərgin münasibətə baxmayaraq Pakistan ABŞ üçün bütün əlaqə kanallarını açıq saxlayıb. Amma indi bütün seçimlər masadadır. Görünən odur ki, ABŞ Pakistana qarşı tərkibində şiddət olmayan bir cəza vermək istəyir". 

Xatırladaq ki, mərkəzi Parisdə olan çirkli pulların yuyulmasının qarşısını alma üzrə mlaiyyə qrupu (FATF) Donald Trampın tələbi ilə Pakistanı bu siyahıya salıb.