Ərdoğan ən ucuz taksini qadağan etdi

02 İyun, 2018 09:26 | Siyasət | Baxış sayı: 167
"Uber"- onlayn taksi xidməti
"Uber"- onlayn taksi xidməti

"Mənə nə Avropadan?"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə yaşanan taksi qalmaqalına son nöqtəni qoyub. İstiPress-in məlumatına görə, Ərdoğan ən ucuz taksi xidməti hesab edilən və dünyanın demək olar ki, dörd bir yanında fəlaiyyət göstərən UBER-i qadağan edib. 

"UBER-muber deyə bir şey çıxıb. UBER işi bitdi. Artıq belə bir iş yoxdur. Bizim taksiçilik sistemimiz var. Avropada da var imiş. Mənə nə Avropadan?". 

O, türk taksi sürücülərinin haqqını heç kimə yedirmək niyyətində olmadıqlarını deyib. "İşini düzgün görən, sərnişininə dəyər verən hər zaman qazanacaq". 

Amerikanın San-Fransisko şəhərində 2009-cu ildə yaradılmış UBER layihəsi Avropa boyu geniş yayılmaqdadır. UBER smartfon və kompüter əlavəsilə işləyir. Yəni müştəri telefonuna yüklədiyi proqram vastəsilə istədiyi yerdə asanlıqla taksi sifarişini verə bilir. Bu, dünyanın ən böyük onlayn taksi sifarişi xidməti.