Nursultan Nazarbayevin qızının səlahiyyətlərinə xitam verildi

02 May, 2020 11:21 | Siyasət | Baxış sayı: 103
Dariqa Nazarbayeva
Dariqa Nazarbayeva

Prezident Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb

Qazaxıstan parlamentinin yuxarı palatasının (Senat) sədri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilib.

İstiPress-in məlumatına görə, ölkə Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, 56 yaşlı D.Nazarbayeva keçmiş prezident Nursultan Nazarbayevin qızıdır. O, 2016-cı ildən Senatın sədri idi. 

D.Nazarbayeva bundan öncə baş nazirin müavini vəzifəsində də çalışıb.