Yeni savaş xəbərdarlığı: "Peşman olacaqsız"

02 May, 2018 12:52 | Siyasət | Baxış sayı: 595
İran hərbçiləri
İran hərbçiləri

Azərbaycanın cənub qonşusu İsrailin cavabını verdi

"Təhlükəli davranışlarınıza son qoyun". İstiPress-in məlumatına görə, İsrailin İranı nüvə silahı hazırlamaq üzərində işi davam etdirməsi ilə bağlı iddialarına qarşı tərəf bu cür cavab verib.

İsrail kəşfiyatının əldə etdiyi iddia edilən məlumatlara daha bir cavab İranın müdafiə naziri Əmir Hatəmidən gəlib. "Yoxsa İranın cavabı olacaq və peşman olan siz olacaqsınız".

Onun sözlərinə görə, Tehran İsrailin təxribat xarakterli əməllərini cavabsız qoymayacaq.

''Bu bizim Qüdsü işğal edən rejim və onun dəstəkçilərinə xəbərdarlığımızdır. İranın verəcəyi qarşılıq sürpriz şəkildə olacaq".