Paşinyanın ermənilərə qayğısı

02 May, 2018 11:13 | Siyasət | Baxış sayı: 110
Küçələrdə qalan ermənilər
Küçələrdə qalan ermənilər

Hava limanına getməli olan insanlar küçələrdə qalıblar

Ermənistanın "ən böyük", "humanist" insanı Nikol Paşinyandır. İstirahət etmək niyyəti ilə bu ölkəni seçən turistlər indi özlərinə söyürlər. Buna səbəb isə baş nazir seçilə bilməyən Paşinyanın xalqa yolları, küçələri bağlayaraq, hava limanı, dəmiryol vağzallarına girişlərin qarşısını kəsmək barədə çağırışı olub.

Bu gün nəinki turistlər, təyyarə reysi olan ölkə sakinləri də baqajlar, uşaqları ilə hava limanına çatmaq üçün piyada yollara düşüblər. Yol da yaxın deyil.

Qeyd edək ki, artıq hava limanının da bəzi işçiləri etirazçılara qoşulub. Artıq nümayişçilər bəzi nazirliklərə girişlərini də bağlayıblar. Polis onları fikirlərindən daşındırmağa çalışır. 

Ancaq özünü Ermənistanın başçısı hesab edən Nikol Paşinyan belə qərar verib. “Bütün Ermənistanda hərəkət dayandırılsın. Yollar bağlansın”.

Bir saatdan sonra ölkədə ərzaq mağazaları, apteklərin də bağlanması xəbəri yayıla bilər. Axı o hamını tətilə çağırıb. maraqlıdır, bəs onda ağır xəstələrin üzərinə gütməli olan təcili yardımlar nə etsin?

Ancaq görünür bu Paşinyanın elə də vecinə deyil. Onun əsas məqsədi baş nazir kreslosuna oturmaq, sonra isə bu gün can üstündə olan Ermənistanı tamamilə dağıtmaqdır.