Müharibədə itkin sayılan azərbaycanlıların cəsədi tapıldı

02 May, 2018 13:35 | Siyasət | Baxış sayı: 315
Porxov qurbanlarının qəbirüstü abidəsi
Porxov qurbanlarının qəbirüstü abidəsi

Onlar Bakı, Şəki, Gədəbəy və Qazax sakinləri olublar

Rusiyanın Pskov şəhərində İkinci Dünya müharibəsi zamanı əsirlikdə həlak olmuş altı azərbaycanlının cəsədi tapılıb.

İstiPress-in məlumatına görə, bu barədə “Rusiya Qadınlar İttifaqı” ictimai təşkilatının yaydığı siyahıda bildirilib. Siyahıda adları verilən hərbi əsirlərin Pskov vilayətinin Porxov şəhəri ətrafında  saxlanıldığı  bildirilir. Hərbi əsirlər 1944-cü ilin fevral ayına kimi həmin düşərgədə qalıblar. Onların 1913-cü il təvəllüdlü Qureyev Satar, 1913-cü il təvəllüdlü Quriyev Səftər (Gədəbəy sakini), 1923-cü il təvəllüdlü Pavel Malikov (Bakı sakini), 1920-ci il təvəllüdlü Cəfər Məmmədov (Şəki şəhəri sakini ), 1915-ci il təvəllüdlü Mustafayev Pirverdi (Qazax rayonu sakini), 1917-ci il təvəllüdlü Nəcəfov Nəcəf olduğu düşünülür. 

“Rusiya Qadınlar İttifaqı” ictimai təşkilatının Pskov regional bölməsi İkinci Dünya müharibəsi zamanı həlak olmuş və keçmiş “Dulaq-100” adlı düşərgənin yerində dəfn edilmiş əsgərlərin qohumlarının axtarışı ilə məşğul olur. 
 
Həmin düşərgədə təxminən 85 min əsirin dəfn olunduğu güman edilir. Hazırda cəmi 1000 nəfərin adları müəyyən edilib.

Porxov qurbanları
Porxov qurbanları