Ermənistanda baş nazir seçkisinin yeni tarixi açıqlandı

02 May, 2018 16:22 | Siyasət | Baxış sayı: 146
İrəvan mitinqi
İrəvan mitinqi

Ermənistanda mayın 8-də yeni baş nazirin seçilməsi üçün parlamentdə səsvermə keçiriləcək.

İstiPress-in məlumatına görə, Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Ara Baloyan məlumat verib.

“Mayın 8-də saat 12:00-da parlamentin xüsusi iclasında Ermənistan Respublikasına baş nazir seçiləcək”, - o vurğulayıb.