Ermənistanda tətil başladı - aeroport yolu bağlandı

02 May, 2018 08:58 | Siyasət | Baxış sayı: 532
Nikol Paşinyan
Nikol Paşinyan

Baş nazir seçilə bilməyən Paşinyan xalqı küçələrə çıxardı

Erməni müxalifət lideri Nikol Paşinyan erməniləri ümumxalq tətilinə və respublikanın bütün əsas yol, prospektlərini bağlamağa çağırıb. Bu Paşinyanın baş nazir seçilməsinə mane olanlara cavabıdır. İstiPress-in məlumatına görə, Ermənistan parlamentində ötən gün keçirilən baş nazir seçkisi yeganə namizəd (Nikol Paşinyan) olmasına baxmayaraq uğursuz olub.

Onun baş nazir təyinatı üçün cəmi 45 deputat səs verib. Yetərsay isə 53 nəfərdir. 56 deputat Paşinyanaın əleyhinə çıxış edib. Parlamentdən canlı yayımlanan iclas da bəlli olub ki, Paşinyanın respublikanı böhrandan çıxarmaq üçün heç bir normal proqramı yoxdur. Ona suallar verilib, bu əsl siyasi müzakirə olub. Paşinyan isə  buna heç də hazır olmayıb. Hakim partiyanın üzvləri bəyan ediblər ki, Paşinyanın simasında lider görmürlər, onun iqtisadi proqramı isə əvvəlki rejimdən köçürmədir.

Yəqin o, hesab edib ki, xalqı küçələrə çıxarmaq qələbə üçün kifayətdir. Küçə romantikası onu yarı yolda qoydu. Müxalifət nümayəndələri belə xatırladıblar ki, o öz xalqının  xoşbəxtliyi uğrunda mübarizə aparan prinsiplərini ciddi şəkildə dəyişib.

Onun namizədliyinə qarşı dəstək sözü verənlər belə son iclasda əleyhinə çıxış ediblər. "Daşnaksütun" partiyası üzvlərindən biri müxalif liderin çıxışından sonra onun baş nazir postuna layiq olmadığı qənaətinə gəlib.

İndi konsitutusiyaya uyğun olaraq bir həftədən sonra təkrar səsvermə olacaq. Əgər bu zaman da baş nazir seçilməzsə, növbədənkənar parlament seçkisi keçirilməlidir.

Bu arada rusiyalı deputat Vladimir Jirinovski də Ermənistanda baş verənlərə münasibət bildirib. O, deyib ki, bu ölkədə əsl dövlət çevrilişi baş verir.

Səhər saatlarından xalq yenidən küçələrə çıxmağa başlayıb. Erməni mətbuatının yazdığına görə, Paşinyanaın bütün əsas yolları, prospektləri, dəmiryolu, hava limanını bağlamaq çağırışdan sonra İrəvan beynəlxalq hava limanın ətrafında ciddi problem yaranıb. Onlarla insan hava limanına gedən yolu bağlayıb. Maşınlar yollarda yaranan tıxaclarda qalıb. Müntəzəm olaraq sürücülərlə etirazçılar arasında qarşıdurmalar yaşanır.

Polis, o cümlədən xüsusi təyinatlılar adıçəkilən istiqamətdə cəmləşdiriliblər. Etirazçılar onların da xalq hərakatına qoşulması üçün çağırış edirlər. 

Görünür ki, Ermənistanı olduqca çətin zaman gözləyir.