Erməni ordusu meydana çıxır?

02 May, 2018 12:52 | Siyasət | Baxış sayı: 192
İrəvanda polislə Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlərin toqquşması
İrəvanda polislə Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlərin toqquşması

Ermənistanda vəziyyət gərginləşir

Ermənistan Müdafiə Nazirliyi təcili şəkildə ölkə vətəndaşlarına müraciət edib. Nazirlik ölkənin təhlükəsizliyini təmin etmək üçün qarşıya qoyulan tapşırıqların yerinə yetirilməli oluğunu bildirib. Bəyanatda hərbi avtomobil karvanlarının bütün ölkə ərazisində maneəsiz hərəkətinin vacib olduğu da deyilir. Buna mane olan isə strateji əhəmiyyəti olan yollarda qurulan maneələrdir. 

Ordu, xüsusi ilə onun rəhbərləri Paşinyanın və tərəfdarlarını o qədər də sevmir. Bunun üçün də hərbi karvanın Ermənistan yollarında görünməsi çoxlarının narahatlığına səbəb olur. Onlar hesab edirlər ki, bunun nəticəsi yaxşı olmaya bilər.

Plkədə isə qarışıqlıq davam edir. Etirazçılar nazirlik, dövlət qurumlarının girişlərini tutmağa çalışırlar. Polis isə bunun qarşısını almağa çalışır.

İrəvanda vəziyyət saatbasaata gərginləşir.