Azərbaycan Ermənistandakı mitinqdən necə faydalana bilər?

02 May, 2018 09:42 | Siyasət | Baxış sayı: 192
İrəvanda aksiya
İrəvanda aksiya

"İmkanlardan vaxtında istifadə etməliyik"

Ermənistanda baş verən hadisələrlə əlaqədar Milli Məclisin xüsusi iclasının çağırılması təklif olunub. Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bu təkliflə çıxış edib.

Qarabağla bağlı xüsusi iclasın çağırılmasını zəruri sayan deputat qeyd edib ki, təxribatçılar cəbhədə atəşkəsi iri miqyasda poza bilər: “Biz qərar qəbul edib, torpaqlarımızın azad olunması üçün imkanlardan vaxtında istifadə etməliyik. Çünki gözlənilən odur ki, Ermənistanda tezliklə vətəndaş müharibəsi baş verəcək. Biz vəziyyəti diqqətlə izləməliyik”.
 
Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan prezidenti və ordusu istənilən təxribata dərhal cavab verməyə hazırdır. /APA/