Qarabağ böyük müharibənin astanasında

02 Aprel, 2020 13:58 | Siyasət | Baxış sayı: 874

Ekspertlər Paşinyanın böyük məğlubiyyətini proqnozlaşdırır

Erməni neo-faşistlərinin Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi seçki məzhəkəsi Erimənistan baş naziri Nikol Paşiyanın məyusluğu ilə bitib.

İstiPress-in məlumatına görə, işğal rejiminin rəhbəri vəzifəsi üçün keçirilmiş “seçkilərdə” oliqarx Araik Arutunyan 49,6% səslə Nikol Paşiyanın adamı Mais Mailiyanı (26,4%) xeyli geridə buraxıb. “ArmenianReport”un yazdığına görə, aprelin 14-də bu iki namizəd arasında təkrar seçki nəzərdə tutulub. Yəni oliqarx Araik Arutunyanın Nikol Paşiyanı tam məyusluğa uğratması üçün cəmi 0,4%+1 səs lazımdır.

Araik Arutunyan Nikol Paşiyan üçün həm də ona görə arzuolunmazdır ki, o, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın biznes ortağı və yaxın adamıdır. Bu barədə Ermənistanda fəaliyyət göstərən “Modus Vivendi” mərkəzinin rəhbəri Ara Papyan “A1+” nəşrinə müsahibəsində bildirib.

Ara Papyan onu da qeyd edib ki, dünya bu seçkiləri tanımayacaq: “Başa düşürəm niyə onlar müstəqillik yolu seçiblər, bu, vəzifə və pul uğrunda döyüşdür”.

Erməni ekspertin bu məsələdə fikirləri qarışıq olsa da və İrəvanı bu torpaqları ilhaq etməyə çağırsa da, bir şeydə haqlıdır ki, artıq aparıcı dövlətlərdən və qurumlardan bu seçki məzhəkəsinə qarşı sərt bəyanatlar səslənib.      

Azərbaycanın işğal olunmuş ərazilərində martın 31-də keçirilmiş qondarma “prezident və parlament seçkilərinə” Almaniya XİN-in Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibertin “tvitter” səhifəsində münasibət bildirib. “Biz Dağlıq Qarabağda dünən keçirilmiş qondarma “prezident və parlament seçkilərinin” hüquqi çərçivəsini tanımırıq. Seçki və onun nəticələrini qanunsuz hesab edirik”.

Daha öncə Avropa İttifaqı da eyni ifadələrlə açıqlama yaymışdı. Avropa siyasətçilərinin açıqlamalarında işğal reciminin seçki məzhəkəsi adı altında koronavirus pandemiyası zamanı əhalini bir yerə toplamağın çox təhlükəli olduğu bildirilir.

İşğal rejiminin rəhbərliyi isə zonada koronavirusa yoluxanların olmadığını iddia edir. Ara Papyan isə bunun yalan olduğunu bildirir və cəmi 29 nəfəri testdən keçirdikdən sonra bu iddianı etdiklərini bildirir: “Sərhədlərin bağlanmasına qədər yüzlərlə insan İrana gedirdi, minlərlə insan Ermənistanda olurdu, iri tədbirlərə - dəfnlərə qatılırdı, Ermənistandan gəlmiş çox sayda insanın qatıldığı yığıncaqlarda olurdular. Bundan başqa, orada pnevmoniyadan yatan çox sayda insan var”,- deyə Papyan vurğulayıb.

Belə çıxır ki, Qarabağ bir azdan döyüş meydanına çevriləcək - bəlkə, siyasi qüvvələr öz aralarında döyüşdəqn qaçına bildirlər, amma sadə və müdafiəsiz insan koronavirusla döyüşdən qaça bilməyəcəklər.