İsraildə səhiyyə naziri koronavirusa yoluxdu, baş nazir karantinə alındı

02 Aprel, 2020 14:28 | Siyasət | Baxış sayı: 92
İsrailin baş naziri Benyamin Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu

Aprelin 8-dək karantində saxlanılacaq

İsrailin baş naziri Benyamin Netanyahu bir həftəliyinə karantinə alınıb.

İstiPress-in məlumatına görə, bu barədə məlumatı İsrail baş nazirinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, hökumət başçısı aprelin 8-dək karantində saxlanılacaq.

Buna səbəb bir müddət əvvəl İsrailin səhiyyə naziri Yaakov Lisman və həyat yoldaşında koronavirusun aşkarlanması olub.

Ona görə də İsrail Səhiyyə Nazirliyinin təqdimatına uyğun olaraq Benyamin Netanyahunun təcrid edilməsi barədə qərar qəbul olunub.