Dünyanı qorxudan iddia - Çin gerçəkləri gizlədib

02 Aprel, 2020 11:45 | Siyasət | Baxış sayı: 711
Koronavirus
Koronavirus

ABŞ kəşfiyyatı koronavirusla bağlı hesabat hazırladı

Çin COVİS-19 epidemiyasının gerçəkliklərini bütün dünyadan gizlədib. Amerika Kəşfiyyatı belə qənaətə gəlib. Bu barədə hazırlanan hesabatda qeyd edilib. "Bloomberg"in adını açıqlamadığı 3 amerikalı rəsmiyə istinadla yazdığı məlumata görə, hesabat ötən həftə Ağ evə təqdim edilib. Burada Çinin koronavirusdan ölənlərin və yoluxanların gerçək saylarını gizlətdiyi qeyd edilib. 

Hesabatda Çinin ancaq əlamətləri göstərən xəstələrin statistikasını apardığı qeyd edilib. Bundan başqa İran, Rusiya, Şimali Koreya, Səudiyyə Ərəbistanı və Misir kimi bəzi ölkələrin də açıqladığı rəqəmlərin şübhə doğurduğu öz əksini tapıb.

Xatırladaq ki, COVİD-19- koronavirusun yeni növü ötən ilin sonunda Çindən yayılmağa başlayıb. Qısa müddətdə virus bütün dünyaya sıçrayıb. Hazırda Çində vəziyyət normallaşsa da, Avropa və Amerikada gərginlik davam edir. Bu günə kimi virus 50 minə yaxın insanın ölümünə səbəb olub, yoluxanların sayı isə 1 milyona yaxınlaşır. Ən pis vəziyyət ABŞ, İtaliya və İspaniyada hökm sürür. Adıçəkilən ölkələrdə hər gün yüzlərlə insan ölür. 

Pandemiya dünya iqtisadiyyatına da ağır zərbə vurub. Dünya ölkələrinin demək olar ki, hamısı bütün sərhədlərini bağlayıb, karantin rejimi elan ediblər.