Putin Paşiyanı yeni vəzifəyə təyin etdi

02 Aprel, 2019 16:09 | Siyasət | Baxış sayı: 2718
Nikol Paşinyan Putinlə ilk görüşün sevincini yaşayır - ARXİV
Nikol Paşinyan Putinlə ilk görüşün sevincini yaşayır - ARXİV

Ermənistan baş nazirinin Moskvaya zənginin doğurduğu əks-səda

Erməni ekspertlər Nikol Paşinyanın Vyana səfərindən dərhal sonra Putinə zəng edərək hesabat verməsini məyusluqla qarşılayıblar.

İstiPress-in məlumatına görə, onları əsas incidən məsələ narıncı inqilab günlərində Ermənistanı Rusiya asılılığından qurtarmağı vəd edərək hakimiyyətə gəlmiş keçmiş müxalifətçinin indi Moskvaya  qarşı sələfi Serj Sarkisyandan daha müti münasibət göstərməsindədir.

“Paşinyan da Koçaryan və Sarkisyan kimi Putinlə istənilən məsələ barədə məsləhətləşməyə tələsir. Məsələn, Paşinyan Vyanadan - Əliyevlə keçirdiyi növbəti görüşdən geri dönən kimi dərhal Rusiya prezident Vladimir Putinə zəng etdi ki, danışıqların gedişi və nəticələri barədə hesabat versin. Sual olunur, belə olan halda, Paşinyan Kremlin təyin etdiyi marionetkalar - Sarkisyan və Koçaryandan nə ilə fərqlənirlər”,- deyə analitik Tevos Arşakyan “ArmenianReport”da yazdığı məqaləsində bildirib.

Arşakyan öz məqaləsini Putinin Paşinyanı yeni vəzifəyə təyin etməsi barədə kinayəli cümlələrlə bitirib: “Ermənistan SSR Kommunist Parityasının Mərkəzi Komitəsinin birinci katibi yoldaş Nikol Vovayeviç Paşinyan bundan sonra da SovİKP MK baş katibi yoldaş Vladimir Vladimiroviç Putinə xidmət etməyə hazırdır”.

Politoloq Yervand Bozoyan isə “Sputnik Armeniya” portalına verdiyi müsahibəsində bildirir ki, Paşinyan verdiyi vədləri yerinə yetirməməsindən xalqın diqəttini yayındırmaq üçün poppulist bəyanatalar verir.

"İnqilabi pafos dalğasında gəlmiş komanda hələ hakimiyyətə alışmayıb. Əvvəlki "mitinq atmosferi" onların arasında hələ də qaldır", - deyə Bozoyan vurğulayıb.

Təbii ki, son günlərdə Ermənistan müdafiə naziri Tonoyanın Madrid prinsiplərinə əməl etmək əvəzində Azərbaycandan yeni ərazilər alacaqları barədə bəyanat verməsi, Paşinyanın da daxili siyasətdə onu müdafiə etməsi bununla bağlıdır. Belə görünür ki, Paşinyan Rusiyaya sığınaraq bu cür poppulist bəyanatlarla hakimiyyət dövrünü uzatmağa çalışır.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Lakin Serj Sarkisyanın hakimiyyət taleyi göstərir ki, bu, erməni xalqını qane etmir. Onlar hansısa mifik ərazilər naminə Ermənistanın aclığına və səfalətinə dözmək fikrində deyillər. Bir az keçəcək və inqilab eyforiyası sönəcək, onda Paşinyandan iqtisadi dirçəliş, iş yerləri və s. tələb edəcəklər. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında tutması davam etdikcə isə bu mümkün olmayacaq. Çünki nə Türkiyə, nə də Azərbaycan Ermənistanın iqtisadi blokadadan çıxmasına imkan verməyəcək.