Türkiyə Əsəddən belə qisas aldı VİDEO

02 Mart, 2020 10:50 | Siyasət | Baxış sayı: 355
Vurulan təyyarə
Vurulan təyyarə

"Vuruldu, vuruldu"

"Vuruldu, vuruldu, vuruldu". Bu anons Türkiyə Hərbi Hava Qüvəlləri tərəfindən vuralan Suriya təyyarəsini vurularkən verilib. İlk olaraq rejim nümayəndəsi təyyarələrin havada olduğunu zənn edərək onlarla əlaqə saxlamağa çalışbı. Lakin dispetçerlə əlaqəyə müxalif qüvvələrin nümyəndəlri daxil olaraq təyyarələrin vurulduğunu bildiriblər.

Qüllədən müxalifətin bu anonsuna inanmyıblar və havada olan pilotla əlaqə cəhdləri davam edib. Buna baxmayaraq heç bir əlaqə alınmayıb. Bu zaman dispetçer "Riyah böyük ehtimalla vurulub. "Su 24" cavab vermir" deyib. 

Əsəd qüvvələrinə aid təyyarələr Sin və T4  hərbi bazasından havaya qalxmışdı. Türkiyənin Milli Müdafiə nazirliyi ötən gün rejimə məxsus 2 təyyarənin vurulduğunu açıqlayıb.

Xatırladaq ki, Əsəd rejiminin Suriyanın idlib şəhərindəki türk hərbçilərinə hücumundan sonra "Bahar qalxanı" əməliyyatı başlayıb. Adıçəkilən hücum zamanı 36 türkiyəli hərbçi şəhid olub. Qisas əməliyyatlarında Tükiyə Əsəd qüvələrinə ağır zərbələr vurub, mindən çox döyüşçü və onlarla texnika məhv edilib.