Türk ordusunun hücumu Ermənistanda böyük qorxu yaratdı

02 Mart, 2020 16:44 | Siyasət | Baxış sayı: 5906

Azərbaycanın Qarabağda Aprel döyüşlərini təkrarlayacağını iddia edirlər

Türkiyə ordusunun Suriyanın İdlib şəhəri ətrafında Bəşar Əsədə bağlı qüvvələri darmadağın etməsi Ermənistanda böyük qorxu yaradıb.

İstiPress-in məlumatına görə, müxtəlif KİV-lərə müsahibə verən ermənilər bunun ardınca Azərbaycanın Qarabağda Aprel döyüşlərini təkrarlaya biləcəyini iddia edirlər.

Hər halda, Türkiyə ordusu Bəşar Əsəd rejiminin havadarı Rusiyanı vecinə almadan bir neçə gün ərzində rejimə bağlı 2557 muzdlunu məhv edib. Türkiyə müdafiə naziri Hulusi Akarın dediyinə görə, Suriyanın şimalında gerçəkləşdirdikləri “Bahar qalxanı” hərəkatı çərçivəsində düşmən 2 hərbi təyyarə, 2 PUA, 8 helikopter, 135 tank, 5 hava hücumundan müdafiə sistemi itirib.

Ermənistandakı njdeçi neo-faşist rejim də Bəşar Əsəd kimi Rusiyanın himayəsinə sığınıb və buna görə də bir-birindən o qədər də fərqlənməyən  siyasət dairələri bu cür aqibətin onları da gözlədiyini düşünürlər.  Amma nədənsə Ermənistanın cəzalandırılması üçün Azərbaycan ordusunun hərəkətə keçəcəyini düşünürlər.

Belə iddialardan birini müxalifətyönümlü “Tert.am” portalında şərhçi Armen Kareyan irəli sürüb. 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin 2015-ci ildə Suriyada Türkiyə qırıcıları tərəfindən rus bombardmançı təyyarəsinin vurulmasından sonra başladığını deyən Kareyan belə bir gərginliyin martın 5-də baş tutacaq Ərdoğan-Putin görüşündən sonra da təkrardana biləcəyini iddia edib:

“Hazırda Qarabağ məsələsi Rusiya-Türkiyə münasibətləri kontekstində Ankaranı çox maraqlandırır, çünki Ankara bunu Rusiya ilə danışıqlar üçün real resurs hesab edir”.

Tofiq Abbasov - politoloq
Tofiq Abbasov - politoloq

Azərbaycanlı politoloq Tofiq Abbasov İstiPress-ə müsahibəsində erməni ekspertlərin bu iddialarını həqiqətə uyğun saymayıb: “Onlar öz gücsüzlüklərini bu cür pərdələməyə, Aprel döyüşlərindəki məğlubiyyətlərini Türkiyənin adına yazmağa çalışırlar. Halbuki, 2016-cı ildə Ermənistan ordusunu zəruri olaraq Azərbaycan cəzalandırdı”.

Tofiq Abbasovun sözlərinə görə, Ermənistan 2014-cü ilin avqustundan başlayaraq qoşunların təmas xəttində təxrbatları gücləndirmişdi və Azərbaycan ordusu preventiv tədbirlər görməyə məcbur oldu.

Politoloqun fikrincə, martın 5-də Suriya məsələsi ilə bağlı Moskvada keçiriləcək Putin - Ərdoğan görüşlərində, böyük ehtmalla, tərəflər anlaşma tapacaq: “Dörd ilin təcrübəsi göstərir ki, Rusiya ilə Türkiyənin qarşıdursası yalnız onların düşmənlərinin xeyrinədir. Hər iki tərəfin ortaq maraqları və yararları var. Düşmənləri, o cümlədən ermənilər onların arasını vurmaqla hər iki tərəfin zərər görməsinə çalışırlar”,- deyə Tofiq Abbasov vurğulapyıb.