Azərbaycanda şəxsi heyət və döyüş texnikası yola çıxdı VİDEO

02 Mart, 2020 08:46 | Siyasət | Baxış sayı: 124
Təlim
Təlim

Bu gündən genişmiqyaslı təlimlər başlayır

Bu gündən Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır. Artıq təlimlərinin rəhbərliyi, eləcə də təlimlərə cəlb edilən şəxsi heyət və xüsusi texnika təlim bölgəsinə yola düşüb.

Şəxsi heyət və texnikanın bütün hərəkət marşrutlarında komendant xidməti təşkil olunub, kolonların yerdən və havadan müşayiət edilməsi həyata keçirilir.  

Bir neçə mərhələdən ibarət keçiriləcək təlimlər martın 6-dək davam edəcək.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçiriləcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq.

Təlimlərin hər bir mərhələsində döyüşə hazırolmanın yüksəldilməsi nəzərə alınmaqla, qoşunların vaxtında və hərtərəfli, o cümlədən informasiya təminatının həyata keçirilməsi ilə qoşunların və silahların ən müasir idarəetmə üsullarının tətbiqi planlaşdırılaraq vəziyyətin inkişafının ən vacib məsələləri diqqətlə nəzərdən keçiriləcək.