İranda sünni qadın səfir təyin edildi - İLK DƏFƏ

02 Yanvar, 2019 10:56 | Siyasət | Baxış sayı: 110
Hümeyra Rigi
Hümeyra Rigi

İnqilabdan bəri səfir olan üçüncü qadındır

İranda sünni təriqətli qadın səfir təyin edilib.

İstiPress-in məlumatına görə, Hümeyra Rigi Bruneyə səfir göndərilib.

Qeyd edək ki, Hümeyra Rigi 1979-cu il inqilabından sonra səfir təyin edilən üçüncü xanım diplomatdır. Belə ki, o, Malayziyaya səfir olaraq göndərilən Mərziyə Afham və Finlandiyaya göndərilən Pərvin Fərşçidən sonra inqilabdan bəri səfir olan üçüncü qadın olub.

Hümeyra Riqi bundan öncə Sistan və Bəlucistan əyalətlərinə bağlı Çabahar rayon icra nümayəndəsi olaraq çalışıb.

O həm də İranın ilk sünni səfiri olaraq tarixə düşüb.