Putin və şahzadə arasında qeyri-adi görüşmə VİDEO, FOTO

01 Dekabr, 2018 10:58 | Siyasət | Baxış sayı: 125
Şahzadə və Vladimir Putin
Şahzadə və Vladimir Putin

Rusiya liderinin varis şahzadə ilə səmimiliyi diqqətdən qaçmayıb

Dünya liderlərinin qatıldığı G-20 sammiti Argentinada start götürüb. Sammitin ilk günü maraqlı faktlarla yadda qalıb. Dünyanın bütün diqqəti isə əsasən ABŞ-la münasibətləri gərgin olan, son günlərdə Kerç boğazındakı insidentlə gündəmə gələn Rusiya prezidenti Vladimir Putin, eləcə də İstanbuldakı Ərəbistan konsulluğunda qətlə yetirilən jurnalist Camal Kaşıqçı ilə bağlı adı hallanan Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın üzərində olub. İki liderin sammitdəki səmimi görüşü maraq cəlb edib.

Şahzadə ilə prezident ənənədən kənar formada görüşüblər. Onlar gülə-gülə bir müddət söhbət də ediblər.