Gürcü polisi Tiflisin azərbaycanlı qəsəbəsində əməliyyat keçirdi

01 Dekabr, 2017 12:54 | Siyasət | Baxış sayı: 97
Soğanlıqda əməliyyat
Soğanlıqda əməliyyat

Tutulanlar var

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.

İstiPress-in məlumatına görə, bu barədə  Gürcüstan Daxili İşlər Nazirliyindən bildiriblər.  Məlumata görə, əməliyyat nəticəsində bir nəfər saxlanılıb.

1985-ci il təvəllüdlü şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. İstintaqla müəyyən olunub ki, həmin şəxs sistematik olaraq narkotik vasitə satıb. Ondan maddi sübut kimi 2 bağlama heroin müsadirə olunub.
DİN faktla bağlı istintaq aparır.

APA