Ölən əsgərlərin anaları Paşinyanı hədələdi

01 Noyabr, 2019 11:10 | Siyasət | Baxış sayı: 49
Nikol Paşinyan
Nikol Paşinyan

Baş nazirə 1 həftə vaxt verilib

Ermənistan ordusunda ölən əsgərlərin valideynləri baş nazir Nikol Paşinyanı etiraz aksiyaları ilə hədələyirlər. “Əgər baş nazir bizi bir həftə ərzində qəbul etməsə, biz bütün İrəvanda itaətsizlik aksiyalarına başlayacağıq”. Bu barədə hökumət binasının qarşısına toplaşan, övladlını müxtəlif illərdə Ermənistan ordusunda qulluq zamanı itirən  yüzlərlə valideyn bildirib. 

“Bizi uzun müddətdir ki, aldadırlar. Paşinyanın özü söz verir ki, bizim uşaqlarımızın ölüm faktı ilə bağlı tapşırıq verəcək. Amma heç nə etməyib”, deyə Qarabağdakı hərbi hissələrdən birində qeyri-döyüş şəraitində ölən Aram Muradyanın atası bildirib.

Erməni nəşrlərin məlumatına görə, Ermənistan ordusunda qeyri-döyüş şəraitindəki ölümlərin sayı artıb. Baş nazir dəfələrlə bu faktlarla bağlı araşdırma aparılacağı ilə bağlı vəd verib. Amma bu proses hələ də davam edir.