I vitse-prezident Moskvaya gedir

01 Noyabr, 2019 10:25 | Siyasət | Baxış sayı: 54
Mehriban Əliyeva
Mehriban Əliyeva

Mehriban Əliyeva X Rusiya-Azərbaycan Regionlararası Forumun işində iştirak edəcək

22-23 noyabr atrixlərində Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək. Bu barədə Roskonqress Fondunun məlumatında deyilir. “Noyabrn 23-də Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva və RF Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko VDNX-da “Kosmonavtika və aviasiya” mərkəzində Forumun plenar iclasını keçirəcəklər”, - məlumatda deyilir.

Məlumata əsasən, Forum Roskonqress Fondunun köməyi ilə RF İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İqtisadiyyat Nazirliiyi ilə birgə keçiriləcək.

Noyabrın 22-də Forumun işçi proqramını RF iqtisadi inkişaf naziri Maksim Oreşkin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov açacaqlar. Proqrama Rusiya-Azərbaycan və Azərbaycan –Rusiya İşgüzar Şuraların geniş iclası, həmçinin nəqliyyat infrastrkturu, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə işgüzar regional əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair dörd dəyirmi masanın təşkili daxildir.