Putinin İrəvana yeni qeyri-adi Qarabağ təzyiqi

01 Noyabr, 2019 16:15 | Siyasət | Baxış sayı: 1070
Vladimir Putin
Vladimir Putin

Rus prezidentlə görüşə bilməyən Paşinyan baş nazir Medvedevə zəng edib

Ermənistanda gözlənən soyuqlar ərəfəsində İrəvan yeni qorxu içində tir-tir əsir.

İstiPress-in məlumatına görə, “ArmenianReport” portalı bu qorxunun qazın qiyməti ilə bağlı olmasından yazır.  

“Deyirlər ki, artıq 2020-ci il yanvarın 1-dən sonra Rusiya Ermənistan üçün qazın min kubmetrinin qiymətini indiki 165 dollardan 200 dollara və ya yuxarı qaldıracaq, çünki dekabrın 31-də indiki müqavilənin müddəti bitir”, - deyə portalın məqaləsində bildirilir.

Ermənilərin qorxmasının səbəbi var. Məsələ bundadır ki, Rusiya ölkədən xaricə qazın min kubmetrini 235 dollara satır, yəni Ermənistan istisnadır və yanvarın 1-dən bu istisna ləğv edilə bilər.

Portalın yazdığına görə, Paşinyan Moskva ilə hələ ki, qazın qiyməti barədə anlaşa bilməyib: “Nə Avrasiya İttifaqının İrəvanda keçirilən oktyabr sammitində, nə də Moskvada Avrasiya hökumətlər arası şuranın iclasında Paşinyan Putinlə razılaşa bilməyib. Rusiya baş naziri Medvedevlə də telefon danışığı nəticə verməyib”.

Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli  əslində NATO-nun yox, Rusiyanın variantıdır
Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli əslində NATO-nun yox, Rusiyanın variantıdır

Müəllif Rusiya rəhbərliyinin Ermənistana bu cür soyuq yanaşmasının səbəbini Qarabağda görür. Yəni Moskva işğal edilmiş əraziləri Azərbaycana qyatarmaqla Bakını KTMT üzvü etməyə çalışır: “Kreml (Paşinyanın) boğazından tutaraq Qarabağı qaytarmağı tələb edir”, - deyə məqalədə vurğulanır.