Sarkisyan Qarabağdan qorxdu - kəndə köçdü

01 Noyabr, 2018 10:03 | Siyasət | Baxış sayı: 193
Ermənistanda Serj Sarkisyana qarşı aksiya
Ermənistanda Serj Sarkisyana qarşı aksiya

Keçmiş prezident Ermənistanda qalmağa qərar verib

Ermənistanın üçüncü prezidenti öz yaşayış ünvanını dəyişir. Serj Sarkisyan şəhərdən kəndə köçməyə qərar verib. Sarkisyan ailəsi ilə birlikdə yaşadığı hökumətə məxsus bağ evini tərk edib, açarlarını da təhvil verib.

Bu barədə jurnalistlərə eks prezidentin ofisinin rəhbəri Nairi Petrosyan bildirib. O, deyib ki, keçmiş dövlət başçısı Zoraxbyur adlı kəndddə məskunlaşıb.

Maraqlıdır əslən Qarabağ ermənisis olan Serjik nə üçün işğal altında olan Azərbaycan torpaqlarına qayıtmayıb? Axı burada onun xeyli tərəfdaşı olduğunu iddia edirdi. Sən demə hər onun dediyi kimi deyil. Burada çoxları bu gün də yerli sakinlərə xeyli bəla və itki gətirən Qarabağ müharibəsini yaratadığı üçün onu bağışlaya bilmirlər. Bütün bunları Sarkisyanla görüş zamanı üzünə də deyə bilərlər. Ən əsası isə odur ki, əvvəl-axır bu torpaqlar işğaldan azad ediləcək. Onda Serjik etdiklərinə görə cavab verməli olacaq.

İndi o Ermənistanda qalmağa qərar verib. Əgər birdən onu iqtisadi maxinasiyalar, rüşvət, korrupsiyaya görə həbs etsələr belə o öz ölkəsində həbsxanada oturacaq. Azərbaycanın həbsxanalarında yox. Burda isə ona çox şeyi xatırlada bilərlər  - xüsusi ilə Xocalı faciəsini...