Paşinyan bu dəfə də baş nazir seçilmədi

01 Noyabr, 2018 16:39 | Siyasət | Baxış sayı: 83
Nikol Paşinyan
Nikol Paşinyan

Parlament avtomatik olaraq buraxılacaq

Ermənistan parlamenti bu dəfə də Nikol Paşinyanı baş nazir seçməyib. 

İstiPress-in məlumatına görə,  bu gün keçirilən xüsusi iclasda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan deputatların etimadını qazanmayıb. Bu səbəbdən də qanunvericiliyə əsasən, parlament avtomatik olaraq buraxılacaq.

Səsvermənin nəticələrini açıqlayan parlament spikeri Ara Babloyanın sözlərinə görə, Paşinyanın lehinə və əleyhinə 0 deputat səs verib, 13 millət vəkili isə bitərəf qalıb.