Ordunun yardım fonduna yığılan pul açıqlandı

01 Noyabr, 2018 10:22 | Siyasət | Baxış sayı: 35
Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

Noyabrın 1-dək fonda 94.727.254,86 manat yığılıb

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, bu ilin noyabrın 1-dək fonda 94.727.254,86 manat, 213.577,88 ABŞ dolları, 13036,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb.