Ermənistan ABŞ-dan ilk partiya silahını aldı

01 Noyabr, 2018 17:31 | Siyasət | Baxış sayı: 1279
Amerika silahları
Amerika silahları

Vaşinqtonun münaqişə ilə bağlı ən sərt qərarını verdi

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin qaçaqmalla mübarizə idarəsi ABŞ-dan gizli yolla Ermənistana göndərilən iki tapança və bir tüfəng aşkarlayıb.

İstiPress-in məlumatına görə, xəbər bir sıra erməni KİV-lərində  kinayə ilə  “ABŞ Ermənistana ilk partiya silahını göndərdi” başlığı altında verilib.

Erməni KİV-lərinin kinayəsi əslində Nikol Paşinyanın qərbə bağladığı ümidlərin puça çıxması ilə bağlıdır. ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrəvana səfərindən sonra bir sıra erməni şərhçilər Paşinyanı xüsusilə sərt qınamağa başlayıblar.

Con Bolton İrəvanda Ermənistan hakimiyyətinə Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq üçün bu ölkə ilə dil tapmağa çağırmışdı. Təbii ki, bu, İrəvana “işğal etdiyin əraziləri tərk et” mesajı idi.

Erməni KİV-lərinin yazdığına görə, indiyə kimi ABŞ administrasiyası Qarabağ məsələsində  Ermənistana bu cür təzyiq göstərməmişdi. “Uğursuz və təhlükəli erməni-türk protokollarının vaxtından bu yana kimi ABŞ Ermənistana bu qədər güclü təzyiq göstərməmişdi, Ermənistanı regionda Amerika prioritetlərini izləməyə məcbur edir”,- deyə “Azberez” erməni - amerikan saytı yazır.

ABş prioritetlərinin nə olmasını isə keçmiş müdafiə naziri Viqen Sarkisyan öz “Facebook” səhifəsində yazıb: “Bolton sərhədlərin bağlanmasında Ermənistanın günahkar olduğunu bildirən Azərbaycanın mövaqelərini təkrarlamaqla yanaşı, Türkiyənin də öz sərhədini bağlamasına bəraət qazandırıb”.

Amerikalı jurnalitst Coşua Kuçera isə “EurasiaNet” portalında yazdığı məqaləsində bildirir ki, ABŞ-ın Azərbaycana və Ermənistana silah satışı qadağasını götürməsindən yalnız Bakı yararlancaq: “Hələ regionda olarkən Bolton məsələ qaldırdı ki, ABŞ Azərbaycan və Ermənistana silah satışı qadağasını da götürə bilər. Aydındır ki, bu qərar Azərbaycan üçün daha əlverişlidir, çünki Amerika silahı almağa Bakının daha çox pulu var. Bu silah münaqişə tərəflərinin indi istifadə etməyə məcbur olduqları  Rusiya silahından xeyli bahadır”.

Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli  əslində NATO-nun yox, Rusiyanın variantıdır
Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli əslində NATO-nun yox, Rusiyanın variantıdır

Göründüyü kimi, müəyyən qədər beynəlxalq vəziyyət, müəyyən qədər də Azərbaycanın apardığı doğru siyasət artıq ABŞ-ı Qarabağ münaqişəsində Azərbaycanın tərəfini tutmağa məcbur edir. Sirr deyil ki, münaqişə yeni başlayanda Bill Klinton hökuməti açıq-aydın ermənipərəst mövqe tuturdu və Azərbaycana təzyiqlər edirdi, Azərbaycana qarqşı bədnam 907-ci düzəliş də Klintonun təmsil olunduğu Demokratlar Partiyasının icadıdır.

2002-ci ildə Corc Buş prezident seçiləndən sonra bu yanlışı düzəltdi və parlamentə yazdığı məktubda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi vurğulandı. Halbuki, əvvəllər Azərbaycan torpaqlarının qeyri-müəyyən erməni qüvvələri tərəfindən işğal edildiyi vurğulanırdı və çox vaxt həmin qüvvələr Ermənistandan ayrı göstərilirdi.

Con Boltonun şəxsində ABŞ ilk dəfədir ki, Ermənistana birbaşa müraciət edərək işğal etdiyi torpaqları qaytarmağı tələb edib. Bu, ən sonda Azərbaycana müharibə yolu ilə öz torpaqlarını işğaldan azad etmək hüququ verəcək.