Almaniya şokda - hərbi texnikanın 61 faizi xarab çıxdı

01 Noyabr, 2018 13:57 | Siyasət | Baxış sayı: 240
Tank
Tank

Söhbət ancaq ötən il alınan tanklar, qırıcılar, helikopterlərdən gedir

Almaniya Müdafiə Nazirliyi ötən il aldığı tank, helikopter, savaş təyyarələri və karqo təyyarələrinin 61 faizinin istifadədən öncə vəziyyətlərini yaxşılaşdırılmağa ehtiyac oluğunu açıqlayıb. 

Ordu üçün alınan 71 Puma tankından 27-i, 8 karqo təyyarəsindən "A400M"dən 4-ü, 7 "Tiger" savaş helikopterindən 2-i, 7 "NH90" nəql helikopterindən də dördü istifadəyə hazırdır. 

"EuroNews"un məlumatına görə, "Eurofighter" savaş təyyarələrinin də elektron sistemində problem yarandığı üçün ancaq biri istifadəyə yararlı çıxıb. Digər 3 təyyarədə isə problemlər var. 

Alman deputat Matthias Höhnün sözlərinə görə, bu əsl qalmaqaldır. Belə ki, bir il ərzində alınan silahların ancaq 39 faizi istifadəyə yararlıdır. Digərlərinin isə bərpaya ehtiyacı var.  "Müdafiə sənayesinin yavaşladığına göz yummaq vergi mükələffiyyətlərinə əlavə xərc kimi geri qayıdır".