Rusiyadan ermənilərə 100 milyonluq silah

01 Noyabr, 2017 13:33 | Siyasət | Baxış sayı: 260
Tank
Tank

Silah partiyası yaxın günlərdə çatdırılacaq

Moskva yaxın günlərdə İrəvana yeni partiya silahları çatdıracaq. İstiPress-in məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan "RİA Novosti"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, silah-sursat iki ölkə arasındakı mövcud razılaşmaya əsasən veriləcək. Yeni imzalanan 100 milyon dollarlıq kredit müqaviləsinin icrası isə bütün dövlətlərarası razılıqlardan sonra başlayacaq. 

"Bu ilin sonuna kimi əvvəlki müqavilə icra ediləcək. Bu günlərdə yeni silah-sursatları gözləyirik. İlin sonuna kimi isə əvvəlki müqavilə ilə bağlı bütün məsələlər bağlanacaq".  O, qeyd edib ki, yeni razılaşma ratifikasiya olunmalıdır. Bundan sonra proqramın reallaşdırılması üçün iş başlayacaq. "Təssüf ki, bu işlər sürətlə olmur". 

Xatırladaq ki, 2015-ci ilin iyul ayında Rusiya və Ermənistan arasında rus istehsalı olan silah-sursatın alınması üçün 200 milyon dollar kredit haqqında razılaşma əldə edilib. 

Müqavilədə qeyd edilir ki, yeni kredit illik 3 faiz olmaqla 15 il müddətinə verilir. Ermənistan kredit vəsaitindən 2018–2022-ci illərdə istifadə edə bilər.