Azərbaycanın nüvə silahı

01 Noyabr, 2017 14:48 | Siyasət | Baxış sayı: 1846
ABŞ-ın nüvə başlıqlı raketləri - ARXİV
ABŞ-ın nüvə başlıqlı raketləri - ARXİV

Akademik Adil Qəribov bəzi gerçəkləri açıqladı

Azərbaycanın nüvə tədqiqatları sahəsində mütəxəssislərə ehtiyacı var.

İstiPress-in məlumatına görə, bu barədə Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribovun “Qafqazinfo”ya müsahibəsi zamanı bildirib.

“Bizim daxili mütəxəssis bazamız çox aşağıdır. Ona görə də beynəlxalq qurumlara müraciət edirik. Biz bu dəqiqə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə iki layihə aparırıq. Bunlardan biri tədqiqat nüvə reaktorunun texniki əsaslandırılmasıdır. Bu, çox mühüm məsələdir. Çünki kadr olmadığı halda MAQATE belə bir qurğunun yaradılmasına icazə vermir”,- deyə Adil Qəribov vurğulayıb.

Adil Qəribov - Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik
Adil Qəribov - Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik

Akademik nüvə sahəsinin ölkənin əlində çox güclü silah olduğunu vurğulayıb:  “Nüvə cəmiyyətin gələcək yeganə enerji mənbəyi olan sahədir. Digər tərəfdən də hər bir ölkənin strateji qüdrət mənbəyidir. Nüvə deyəndə kimsə ona fantastik qorxu ilə yanaşır. Dünyada hansı ölkə nüvə silahına sahibdirsə, o ölkə çox güclüdür. Baxın Amerika kimi dövlət İraqı məhv etdi, amma İrana dəyə bilmir. O cümlədən Pakistan, Şimali Koreya və sairə. Ona görə də öz dediyini başqalarına daha asanlıqla yeridə bilir”.