Azərbaycanda millət vəkili dünyasını dəyişdi

01 Noyabr, 2017 16:45 | Siyasət | Baxış sayı: 3805
Milli Məclis
Milli Məclis

Onun ölümünün qəfil olduğu bildirilir

Azərbaycan Milli Məclisinin sabiq deputatı Nizami Quliyev dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, bu barədə sosial şəbəkədə mərhumun yaxınları məlumat verib.

Qeyd edək ki, N.Quliyev I və II çağırış Milli Məclisin deputatı olub. O, parlamentdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) təmsil edib. Daha sonra AXCP-dən istefa verib və Aydınlar Partiyasına keçib. 

Qeyd edək ki, N. Quliyev 1956-cı ildə Gədəbəy rayonunda doğulub. O həm də zamanında Gədəbəyin  Şınıx bölgəsinin müdafiəsində fəal olub və döyüşlərdə  iştirak edib. Onun ölümünün qəfil olduğu bildirilir.

Allah rəhmət eləsin! 

Nizami Quliyev - sabiq millət vəkili
Nizami Quliyev - sabiq millət vəkili