Sabah borc alıb qaytarmayın deputataın işinə baxılacaq

01 Oktyabr, 2019 17:17 | Siyasət | Baxış sayı: 39
Rafael Cəbrayılov
Rafael Cəbrayılov

Rafael Cəbrayılovun mandatına xitam verilməsi barədə qərar veriləcək

Oktyabrın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək. İiclasda Rafael Cəbrayılovun deputat mandatına xitam verilməsi üçün müraciətə baxacaq və qərar qəbul edəcək.

Borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət edib.

Xatırladaq ki, R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir. 

Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.