Putin Xəzərlə bağlı Konvensiyanı təsdiqlədi

01 Oktyabr, 2019 15:41 | Siyasət | Baxış sayı: 31
Vladimir Putin
Vladimir Putin

Konvensiya dənizdə hövzə ölkələrinə aid olmayan hərbi qüvvələrin yerləşdirilməsini qadağan edir

Rusiya Prezidenti Vladimir Putin 2008-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Xəzərin hüquqi statusuna dair Konvensiyanı təsdiq edib.

Sentyabrın 19-da sənəd Dövlət Dumasında, daha sonra isə Federasiya Şurasında ratifikasiya edilmişdi.

Konvensiya Xəzər dənizində gəmiçilik rejimi, Xəzərin akvatoriyasından kollektiv istifadə, ərazi sularının və balıqçılıq zonalarının sərhədinin müəyyən edilməsi, dənizinin dibinin bölünməsi, sualtı kabellərin və boruların çəkilməsi və digər sahələrdə əməkdaşlıq məsələlərini tənzimləyir. Bundan əlavə, Konvensiya Xəzər dənizində hövzə ölkələrinə aid olmayan hərbi qüvvələrin yerləşdirilməsini qadağan edir.