Prezident və xanımı Bakıda tanınmaz hala düşən 2 parkda oldu FOTOLAR

01 Oktyabr, 2019 13:32 | Siyasət | Baxış sayı: 286
Prezident və xanımı parkda
Prezident və xanımı parkda

Atatürk və 28 Maydakı parklar təmirdən sonra

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 1-də Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Dövlət başçısı və xanımı parkda vətəndaşlarla da görüşüb, onlarla söhbət edib. 

Daha sonra dövlət başçısı və birinci xanım Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni istifadədə verilən parkda olublar. 

28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni istifadədə verilən park
28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni istifadədə verilən park