Prezident siyahıyaalma vərəqinin suallarına cavab verdi

01 Oktyabr, 2019 15:09 | Siyasət | Baxış sayı: 52
Siyahıyaalma
Siyahıyaalma

İlham Əliyev bu gün başlayan siyahıyaalınmada iştirak edib

Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalınma və sorğu vərəqələrinin suallarını cavablandırıb.

Siyahıyaalma bu gündən başlayır və oktyabrın 10-dək davam edəcək. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əhalinin ölkə daxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və sair mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub.