Ordumuz üçün toplanan yardım açıqlandı

01 Oktyabr, 2019 11:50 | Siyasət | Baxış sayı: 36
Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, cari il oktyabrın 1-dək fonda 103.271.100,18 AZN, 213.577,88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. 

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.