“Həm Əliyevlə dostam, həm Paşinyanla. Nə edim?”

01 Oktyabr, 2019 11:01 | Siyasət | Baxış sayı: 275
Aleksandr Lukaşenko
Aleksandr Lukaşenko

Lukaşenko Paşinyanla görüşüb

"Siz də mənim çox yaxşı dostumsunuz, Azərbaycan prezidenti də qədim zamanlardan bəri yaxşı dostdur. Yaxşı, bu gün mən nə etməliyəm? Mən həm Ermənistanla, həm də Azərbaycanla çox yaxşı münasibətdəyəm".

Bunu Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanla görüş zamanı Belarus dövlət başçısı Aleksandr Lukaşenko deyib.

Belarus hökumətinin “BELTA” xəbər agentliyinin məlumatına görə, Paşinyanla görüşdə olan Lukaşenko bildirib ki, Belarusiyanın Ermənistana qarşı siyasi düşüncəsi heç vaxt dəyişməyəcək və ölkələr "həmişə qardaş olacaqlar. 

Mən Ermənistandakı vəziyyəti Belarusa münasibət baxımından yaxından izləyirəm. Mən bilirəm ki, ermənilər ona həmişə yaxşı münasibət göstəriblər".

Ermənistan baş naziri öz növbəsində iki ölkənin ortaq bir düşüncəyə gəlməsi üçün birlikdə işləməsi və ən çətin mövzuları müzakirə etməsindən çox məmnun olduğunu qeyd edib.

Qeyd edilir ki, Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 1-də keçiriləcək iclasında iştirak etmək üçün Ermənistana səfərə gedib.