Çin ən yeni və qorxulu silahlarını dünyaya göstərdi FOTO, VİDEO

01 Oktyabr, 2019 13:30 | Siyasət | Baxış sayı: 121
Çində hərbi parad
Çində hərbi parad

Super gücün ən böyük rəqibindən göz dağı

Çin öz tarixinin ən böyük hərbi paradını keçirib. Parad Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə ilə təşkil edilib.

Paradda dünyanın ən güclü dövlətlərindən olan Çin ən güclü və yeni hərbi texnikasını nümayiş etdirib. Ümumiyyətlə burada 15 min hərbçi ilə yanaşı, 150 təyyarə, 580 tank və başqa hərbi texnika, o cümlədən nüvə silahı ilə təhciz edilə bilərn qitələrarası raket təqdim edilib.

Yalnız yerli istehsal silah və hərbi texnikanın nümayiş etdirildiyi paradda ilk dəfə təqdim olunan silahlar arasında "Dongfeng-41" adlı qitələrarası strateji ballistik raket kompleksi də var. Hərbi paradda Çin nüvə-raket qüvvələrinin əsasını təşkil edən 16 ədəd "Dongfeng-41" kompleksinin keçidi olub.

DF-41 ("Dunfen -41","Şərq küləyi") Çində 1980-cı ildən hazırlanır, raketin sınaqları 2012-ci ildən başlayıb. Müxtəlif mənbələrin məlumatına görə, bu raket 12-14 min kilometr uçuş məsafəsinə sahibdir. Raketin uzunluğu 21, korpusun diametri 2,2-2,5 metrə çatır. Atış dəqiqliyi 100-500 metr aralığındadır. 

Bundan başqa, orta və kiçikmənzilli "Dongfeng-17" raketləri, yeni Z-20 helikopteri, uzaqmənzilli H-6N strateji bombardmançı təyyarəsi, H-6K orta və qısamənzilli bombardmançı təyyarəsi, CJ-100 səsdən sürətli qanadlı raketi, YJ-18 və YJ-18A gəmi əleyhinə qanadlı raketləri, JL-12 sualtı strateji raketi, çoxmənzilli və fərqli yüksəklikdə uçmaq imkanı olan pilotsuz uçuş aparatları (dron) və s. ilk dəfə bu hərbi paradda geniş ictimaiyyətə təqdim olunub.