Azərbaycanda daha bir ölkənin səfirliyi açıldı

01 Oktyabr, 2019 17:30 | Siyasət | Baxış sayı: 88
Slovakiya bayrağı
Slovakiya bayrağı

Slovakiya tərəfindən ünvanlanan nota XİN rəsmisinə verildi

Bu gündən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayır. Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiyanın yeni təyin olunmuş müvəqqəti işlər vəkili Elçin Qasımov ilə görüşüb.

E.Qasımov Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı Pərvin Mirzəzadəyə təqdim edib.

Notada verilmiş məlumata əsasən, 2019-cu ilin oktyabrın 1-dən etibarən Slovakiya Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyətə başlayır.

Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsinə və irəlilədilməsinə təkan verəcəyini bildirib.