Tabut və narkotik tələb edən nazirlər

01 Oktyabr, 2018 11:02 | Siyasət | Baxış sayı: 157
Tabut
Tabut

Paşinyan komandasının üzvləri ermənilərin özünü də şoka salıb

Bu gün Ermənistanda bütün sahaələrdə özbaşınalıqdır. Belə qənaətə ölkənin məşhur psixoloq Mirdat Madayan gəlib. Bu barədə “İrabunq” yazır. "Məktəb haqqında heç danışmaq istəmirəm. Çünki bizim elm və təhsil naziri Arayik Arutunyan marixuananın leqallaşdırılmasının tərəfdarıdır.

Mən məktəbə uşaq göndərmək istəmirəm. Qorxuram ki, ona marixuananın niyə zərərli olduğunu başa sala bilməyim". 

Psixoloqun sözlərinə görə, səhiyyə sahaəsində vəziyyət daha da acınacaqlıdır. Ölkənin səhiyyə sisteminə nəzarət edən Arsen Torosyan uşaq tabutlarının istehsalının artırılması haqqında olduqca çox danışır. "Məhz bu insan bizim səhiyyəmizə rəhbərlik edir", deyə psixoloq bildirib.

Xatırladaq ki, hər iki nazir Paşinyan komandasının fəal üzvləridir.