Quttereş Azərbaycan və Ermənistandan narahatdır

01 Oktyabr, 2018 09:01 | Siyasət | Baxış sayı: 45
Antoniu Quttereş
Antoniu Quttereş

BMT-nin baş katibi nazirlərin görüşü barədə bəyanat yayıb

BMT-nin baş katibi Antoniu Quttereş sentyabrın 26-da BMT-nin Baş Assambleyası çərçivəsində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb.

Onun adından yayılan bəyanatda qeyd edilir ki, baş katib həmsədrlərin təmas xətti boyunca insidentlər və son bəyanatlarla bağlı narahatlığını bölüşür.

O, bir daha BMT-nin həmsədrlərin mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bəyan edib, tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün etimadın möhkəmləndirilməsinə və lazımi siyasi iradənin gücləndirilməsinə çağırıb.