Onun cəbhənin cənub-şərq istiqamətində yaralandığı bildirilir
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun əsgəri ölüb.
İstiPress "news.am"a istinadən bildirir ki, bu gün saat 10:50 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birində 1997-ci il təvəllüdlü erməni əsgər Qevorq Sureni Haroyan naməlum səbəblərdən ağır yaralanıb.
Yaralı əsgər hərbi hospitala köçürülüb və saat 15 radələrində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.