Putin Paşinyana verdiyi vədə əməl etmədi

01 Oktyabr, 2018 12:27 | Siyasət | Baxış sayı: 264
Nikol Paşinyan və Vladimir Putin
Nikol Paşinyan və Vladimir Putin

Erməni baş nazir MDB iclası keçirilən günlərdə razılaşdıqlarını iddia edir

Rusiya prezidenti Vladimir Putinin Emrənistana səfər müddəti bəlli deyil.

IstiPress-in məlumatına görə, bu barədə baş nazir Nikol Paşinyan bildirib.

O söyləyib ki, əldə edilən ilkin razılığa görə rus liderin səfəri bu ilin sonuna kimi pılanlaşdırılmışdı. “Düşünürəm ki, Vladimir Putin özləmizə gələn ilin əvvəlində səfər edəcək”,- deyə Paşinyan vəziyyətin dəyişdiyini vurğulayıb.  

Paşainyan qeyd edib ki, guya bunu o, MDB iclası keçirilən günlərdə razılaşdırıb. Halbuki, erməni nazir hələ sentyabr ayında, Rusiyada Putinlə görüşdən sonra bildirmişdi ki, Rusiya ilə Ermənistanın münasibətləri heç vaxt indiki qədər mükəmməl olmayıb.  Amma bu da var ki, Moskva rəsmiləri bunu dərhal təkzib etmişdilər.