"İlham Əliyev savadlı insandır"

01 Oktyabr, 2018 09:36 | Siyasət | Baxış sayı: 245
İlham Əliyev və Nikol Paşinyan
İlham Əliyev və Nikol Paşinyan

Ermənistanın baş naziri Paşinyan Azərbaycan prezidenti ilə görüşündən danışıb

"Azərbaycan prezidenti İlham Əliyev savadlı insandır". Bunu jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Jurnalistlərin suallarına cavabında o deyib ki, İ.Əliyev çox savadlı insan təəssüratı yaradıb.

O, deyib ki, Azərbaycan lideri ilə əlaqələrin yaranması çox vacibdir. Paşinyan yaxın zamanda İ.Əliyevlə görüşün gözlənilmədiyini də bildirib. 

“Ermənistan və Azərbaycan rəhbərliyi arasında daimi rabitənin yaradılması haqqında razılaşmışıq. Bu, vəziyyətə daha operativ nəzarət etməyə imkan yaradacaq”. 

Bununla belə ölkə müxalifəti baş nazirin fəaliyyətini tənqid etməyə davam edir. Paşinyan tərəfdarlarının Azərbaycana müharibə elan etmək çağırışına cavabında Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan bunu dalana dirənmək adlandırıb. “Azərbaycanla ancaq danışıq lazımdır". Qarabağ münaqişəsinin həlli ancaq Ermənistan, Azərbayacan üçün yox, bütün region üçün vacibdir. 

Parlamentin deputatı Armen Aşotyan da baş naziri tənqid edib. O, özünün “Facebook” səhifəsində yazıb ki, velosipeddə gəzmək, Əliyevin savad səviyyəsini tərifləməklə Paşinyan öz üzərindən məsuliyyəti atmağa, baş verəcək siyasi hadisələri qabaqlamağa çalışır. 

Ermənistan əhalisinin iqtisadi vəziyyəti isə gün keçdikcə daha da pisləşir. Bu barədə “Guardian” da yazır. Nəşrin dərc etdiyi reportajlarda qeyd edilir ki, Ermənistanda siyasi çevriliş yoxsulluğu əhəmiyyətli dərəcədə artırıb.

Xüsusi ilə əməkqabiliyyətli gənc əhalinin Rusiyaya axını yaşlıların vəziyyətinin daha da pisləşməsinə gətirib çıxarıb. Hazırki hakimiyyət daha çox siyasət, özünün reklamı haqında düşünür. İqtisadi vəziyyətlə demək olar ki, məşğul olmurlar. Bununla da sosial partlayış üçün zəmin hazırlanır.