Bu ölkə adını dəyişə bilmədi

01 Oktyabr, 2018 19:05 | Siyasət | Baxış sayı: 147
Skopye - Makedoniyanın paytaxtı
Skopye - Makedoniyanın paytaxtı

Seçici sayı qanunun qəbulu üçün kifayət etmədi

Makedoniyanın Dövlət Seçki Komissiyasının sədri Oliver Derkoski ölkənin adının dəyişidirilməsi qanununun qəbulu ilə bağlı keçirilən referendumu etibarsız adlandırıb.

İstiPress “Röyters”ə istinadən xəbər verir ki, buna səbəb lazım olan seçici sayının qanunun qəbulu üçün kifayət etməməsidir: lazımi 50% seçici fəallığından 36,91%-i mümkün olub.  

Qeyd edək ki, qanuna əsasən, ölkə “Şimali Makedoniya Cümhuriyyəti” adlandırılacaqdı. Bu qanun Yunanıstanın tələbindən sonra müzakirəyə qoyulub.

Yunanıstan sərhədləri daxilində “Makedoniya” adlı bölgənin olduğunu əsas gətirərək ölkənin adının dəyişdirilməsini tələb edib.