Türkiyə Almaniya təyyarəsinin Ermənistana uçmasına icazə verməyib

01 Sentyabr, 2020 14:17 | Siyasət | Baxış sayı: 52
Lufthansa
Lufthansa

Türkiyə Almaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Ermənistana uçmasına icazə verməyib.

İstiPress-in məlumatına görə,  Almaniya Müdafiə Nazirliyinin sözçüsünün “Deutsche Presse-Agentur”a verdiyi məlumata görə, iyulun sonunda Kölndən Ermənistanın paytaxtı İrəvana uçuşu planlaşdırılan hərbi təyyarənin Türkiyə ərazisindən keçməsinə icazə verilməyib. Nəticədə, təyyarə hərbi bazaya qayıtmalı olub.

Məlumatda Almaniya Hərbi Hava Qüvvələrinə (Bundesver) məxsus Kölndən havaya qalxan hərbi nəqliyyat təyyarəsinin İrəvana doğru istiqamət aldığı və oradan erməni əsgərlərini Almaniyada təlim kurslarına gətirmək üçün yola çıxdığı bildirilib.

Uçuşun dayandırılmasına səbəb təyinat nöqtəsi olub. Belə ki, Türkiyənin Ermənistanla heç bir diplomatik əlaqəsi mövcud deyil.

Türk səlahiyyətlilərinin hava sahəsindən istifadəni qadağan etməsindən sonra hərbi təyyarənin avqustun ortalarında daha uzun bir yolla Rusiya üzərindən İrəvana uçduğu və erməni hərbçilərini Almaniyaya gətirdiyi qeyd olunub.