Putindən Paşinyana böyük zərbə

01 Sentyabr, 2020 11:43 | Siyasət | Baxış sayı: 259
Vladimir Putin
Vladimir Putin

Prezident Vladimir Putin Ermənistanın hazırda istintaq altında olan eks-prezidenti Robert Koçaryanla telefonla danışıb. Bu barədə Kremlin rəsmi saytı yazıb.

Telefon danışığı zamanı Vladimir Putin Koçaryanı ad günü münasibəti ilə təbrik edib. Bu rəsmi İrəvanı çox narahat edib. Bundan başqa bir sıra ekspertlər düşünür ki, bu açıq-aydın Paşiyanın əleyhinə addımdır.

Qeyd edilir ki, Rusiya ilə Ermənistanın münasibətləri heç də göründüyü kimi dost deyil. Bu yaxınlarda Rusiya telekanallarının yayımdan qaldırılması bunun sübutudur.

Bundan əlavə, həm də bildirilir ki, Koçaryan Paşinyanın ən qatı düşmənlərindəndir. Buna görə də, o, Koçaryanı mümkün qədər uzun müddətə barmaqlıq arxasına soxmaq istəyir.